Menu

Bakıda Azərbaycanla Pakistan arasında siyasi məsləhətləşmələr keçiriləcək

05.02.2018, 12:58
Bakıda Azərbaycanla Pakistan arasında siyasi məsləhətləşmələr keçiriləcək

Bakıda fevralın 27-28-də Azərbaycan və Pakistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bildirib.

Səfirin sözlərinə görə, məsləhətləşmələr zamanı geniş spektrli, o cümlədən siyasət, iqtisadiyyat, ticarət, hərbi əməkdaşlıq sahəsində məsələlər müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol