Menu

Melaniyə Tramp əri ilə şəkil çəkdirməkdən imtina edib

05.02.2018, 14:45
Melaniyə Tramp əri ilə şəkil çəkdirməkdən imtina edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın arvadı Melaniyə Tramp növbəti dəfə əri ilə şəkil çəkdirməkdən imtina edib.

Sosial şəbəkəyə yol tapmış bir video-rolikdən bu, açıq-aydın görünür. İnsident Floridanın Palm-Biç aeroportunda baş verib. Protokola görə, ər-arvad təyyarədən çıxıb, qısa müddətdə dayanmalı idilər ki, jurnalistlər onların şəkilini çəkə bilsinlər.

«Tvitter»də dərc olunmuş videoda Melaniyə Donald Trampdan aralı dayanıb, əlini ona verməyib və trapla düşərək, cəld avtomobilə doğru gedib. Tək qalmış Tramp fotoqraflara əl eləyib və bundan sonra o da avtomobilə tərəf irəliləyib.

Melaniyə Tramp dəfələrlə ərini belə çətin vəziyyətə qoyub. Məsələn, Romaya səfər zamanı Melaniyə ərinin əlindən tutmaqdan imtina edib, bundan az əvvəl isə İsrailə səfər zamanı da eyni davranışı təkrarlayıb.

O da məlumdur ki, Donaldın ABŞ prezidenti seçilməsi barədə xəbəri eşidən Melaniyə ağlamağa başlayıb...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol