Menu

“Avropa İttifaqının şərtləri bizi maraqlandırmır” - Ərdoğan

05.02.2018, 21:04
“Avropa İttifaqının şərtləri bizi maraqlandırmır” - Ərdoğan

"Türkiyə Avropa İttifaqına (Aİ) daxil olmaq naminə öz maraqlarını qurban verməyəcək”.

BakuPost Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Bildirib ki, Aİ Ankara ilə danışıqları guya Türkiyənin onun tələblərini yerinə yetirməməsi bəhanəsi ilə dayandırıb:

"Türkiyə Avropa İttifaqının bütün tələblərini yerinə yetirib və onun tamhüquqlu üzvü olmaq niyyətindədir”.

R.T.Ərdoğan əlavə edib ki, Aİ-nin digər şərtləri Ankaranı maraqlandırmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol