“Azərbaycan ictimaiyyəti kifayət qədər savadlı, intellektualdır. Bu il Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Ölkədə bu seçkiyə maraq böyükdür”.
“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın növbədənkənar Prezident seçkiləri ilə bağlı keçirilən iclasında deyib.
O bildirib ki, seçkilərdə Seçki Məcəlləsinin və Konstitusiyanın tələblərinə zidd hər hansı hadisə baş verə bilməz: “Hər hansı problem olarsa, MSK dərhal araşdırma aparacaq. Biz məsələləri daha çox namizədin xeyrinə həll etməyə çalışırıq. Seçkilərə diqqətli yanaşmalıyıq. İnanıram ki, Kütləvi İnformasiya Vasitələri (KİV) də bu seçkini lazımınca işıqlandıracaqlar. Media vasitələri millətin avanqard qrupudur. Ölkədə baş verən proseslər onların vasitəsilə işıqlandırılır. Əgər hər hansı media orqanı dövlətə xidmət edirsə, burada problem ola bilməz. Müdaxilə etməyə cəhd edənlər ola bilər. Biz bir yerdə olmalıyıq”.


Şərhlər
bütün xalq möhterem prezidentimizi destekleyirse,ona alternativ görmürse, dolayısıyla seçkinin neticesini evvelden bilirse ve onu tam destekleyirse Hörmetli professor (amma öz aramızdı, jçoxdan en azından amyeanın müxbir üzvu olmağa layiqdi) mezahir müellim hansı maraqdan danışır. Buna az-çox möhterem Hafiz bey Hacıyev şübhe ede bilerdi, o da ki, ...
Maraq varki böyuk kicik ola