Menu

Fransalı həmsədrin Azərbaycana səfəri başlayıb

06.02.2018, 22:23
Fransalı həmsədrin Azərbaycana səfəri başlayıb

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskontinin Azərbaycana səfəri başlayıb.

APA-nın məlumatına görə, sabah həmsədrlər fevralın 3-dən Bakıda səfərdə olan amerikalı həmsədr Endryu Şoferlə birlikdə görüşlərə başlayacaqlar. Həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.

Həmsədrlər Bakıdan Ermənistana və Dağlıq Qarabağa gedəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol