Menu

Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə görüşüb

07.02.2018, 13:24
Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə görüşüb

Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov arasında görüş keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Dumasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlər, parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan sərginin rəsmi açılışı olacaq. Rəsmi açılış mərasimində Vyaçeslav Volodin və Oqtay Əsədov da iştirak edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol