Menu

Avstraliyada naməlum məxluq aşkar edilib - FOTO

08.02.2018, 11:58
Avstraliyada naməlum məxluq aşkar edilib - FOTO

Avstraliyanın Kuinslend ştatında sakinlərdən biri dəniz kənarında gəzərkən naməlum məxluq aşkar edib.

Trend-in məlumatına görə, qadın əvvəlcə bunun iri ağac parçası olduğunu fikirləşib. Lakin obyektə daha da yaxınlaşan qadın onun canlı olduğunu müəyyən edib.

Heyvana baxış keçirənlər onun hansı dəniz heyvanı olduğunu müəyyən edə bilməyiblər. Bölgədə yerləşən parkın əməkdaşları isə onun dəniz inəyi olduğunu ehtimal edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol