Menu

Bakıda “Shachman” markalı yük maşını ofisə girib

08.02.2018, 20:35
Bakıda “Shachman” markalı yük maşını ofisə girib

Bakıda yük avtomobili ofisə girib. APA-nın xəbərinə görə, Ramana-Maştağa yolunda sürətlə hərəkətdə olan “Shachman” markalı yük avtomobili dönmə əməliyyatını düzgün yerinə yetirməyərək yoldan çıxıb və binaya çırpılıb.

Xoşbəxtlikdən qəza baş verən an “Ev alqı-satqısı ofisi”ndə iş vaxtı başa çatdığından işçilər obyektdə olmayıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol