Menu

Ərdoğan Putinə başsağlığı verib

09.02.2018, 00:15

2015-11-24-17-14-06putin-erdoganArtıq xəbər verildiyi kimi, rusiyalı pilot Roman Filipovun idarə etdiyi Su-25 təyyarəsi fevralın 3-də «İdlib» təhlükəsizlik zonasında vurulub, pilot isə terrorçularla toqquşmada həlak olub.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə və Rusiya Prezidentlərinin apardığı telefon danışığı zamanı tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər. Söhbətin gedişində Türkiyə Prezidenti bu insidentlə bağlı rusiyalı həmkarına başsağlığı verib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, iki ölkə lideri terrorçularla mübarizə məsələsində öz hərbi qüvvələrinin fəaliyyətinin koordinasiya edilməsi barədə razılığa gəlib. Putin və Ərdoğan Suriya münaqişəsinin tənzimlənməsi üzrə növbəti sammitin İstanbulda keçirilməsini planlaşdırıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol