Menu

Ərdoğan və Ruhani Suriyadakı vəziyyəti müzakirə ediblər

09.02.2018, 00:20
Ərdoğan və Ruhani Suriyadakı vəziyyəti müzakirə ediblər

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan cümə axşamı iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı aparıb və Suriyadakı mövcud vəziyyəti onunla müzakirə edib. Türkiyə Prezidenti administrasiyasındakı mənbəyə istinadla, xəbəri «NTV» telekanalı yayıb.

Xəbərdə qeyd olunur ki, Ərdoğan və Ruhani Türkiyə və İran arasında təhlükəsizlik və terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın möhkəmlənməsindən məmnum olduqlarını bildiriblər.

Bundan əvvəl, cümə axşamı Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə də telefon danışığı aparıb. Kremlin mətbuat xidmətinin məlumatına görə, hər iki prezident Suriya istiqamətində Rusiya, Türkiyə və İranın birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib və mövcud formatda müxtəlif istiqamətlərdə yeni təmasların perspektivlərinə diqqət yetiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol