"AccessBank"ın icraçı direktoru ABB-nin rəhbərliyinə təyinat alıb.
Bankın İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, İnsan resursları və administrasiya üzrə İcraçı direktor Aynur Süleymanlı karyerasını Azərbaycan Beynəlxalq Bankında davam etdirəcək. Belə ki, A.Süleymanlı Azərbaycan Beynəlxalq bankında Baş direktor vəzifəsinə təyinat alıb.
A.Süleymanlı, "AccessBank"da çalışmazdan əvvəl 4 il beynəlxalq şirkətdə marketinq tədqiqatları sahəsində çalışıb. 2005-ci ildə "AccessBank"da İnsan resursları üzrə mütəxəssis vəzifəsində fəaliyyətə başlayıb və İcraçı direktor vəzifəsinədək yüksəlib.
A.Süleymanlı Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Heyətin idarə edilməsi" ixtisası üzrə bakalavr və magistr dərəcəsinə malikdir. O, Azərbaycan Banklar Assosiasiyasının "Tədris strategiyaları və İnsan Resursları üzrə" ekspert qrupunun da sədridir.


Şərhlər
o bank baglanmasa mumkun deyil ki ora duzəlsin çunki o qədər əyri əskikligi axi hansi muqəddəs kadir duzəldə bilər? və ya bu qədər pul tökub orani duzəltməkdən sə onu tamami ilə baglayib nazirlər kabinetinin yaninda ya da maliyyə nazirliyinin yaninda yeni dövlət banki açilmalidir...adini da qoyun AZƏRİBANK .