Menu

Həmsədrlər Serj Sarkisyanla görüşüb

09.02.2018, 17:20
Həmsədrlər Serj Sarkisyanla görüşüb

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Yerevanda Ermənistan prezidenti Serj Sarksyanla görüşüblər.

APA-nın “Aysor.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər münaqişənin sülh yolu ilə həllinə yönəlmiş öhdəliklərin, eləcə də Vyana, Sankt-Peterburq və Cenevrədə keçirilən sammitlərdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol