RƏSULZADƏNİ ÖLÜMDƏN QURTARAN STALİN...

...onun ailəsinə niyə qənim kəsildi?

Ramazan SİRACOĞLU, professor

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə dünyanın siyasi mənzərəsi kaleydoskopik sürətlə dəyişdiyi bir dönəm idi. 28 may 1919-cu ildə çox məşəqqət və sərgüzəştlərdən sonra, nəhayət, Paris sülh konfransında “Böyük dördlər”in – Böyük Britaniya, ABŞ, Fransa və İtaliyanın – rəhbərləri ilə görüşə bilən Azərbaycan Xalq Cümhuriyyəti elçiləri onlardan umduqları qədər dəstək ala bilməmişdilər. O “Böyük dördlər”in başçıları bizimkilərə açıq-aşkar bildirmişdilər ki, xırda dövlətləri tanımaq, onlara dəstək vermək, onların dövlət mənafelərinə zidd gəlir,  Azərbaycan, Gürcüstan və Ermənistanın bir konfederasiya halında birləşmələri daha məqbuldur.

Həmin görüşdən tam bir ay sonra Versal sülh müqaviləsi imzalanmış, nəticədə, cümhuriyyətimizin siyasi hamisi Osmanlı dövləti Almaniya ilə bərabər məğlub dövlət elan olunmuşdu. Osmanlı dövləti adından Bağdadlı Məhmət Hadi Paşa tərəfindən 1920-ci ilin avqust ayının 10-da imzalanan  433 maddədən ibarət Sevr müqaviləsinə əsasən, türklər Qafqazda, Balkanlarda və Orta Şərqdə daha nüfuz sahibi ola bilməyəcəkdilər, qoşunlarının ümumi sayı maksimum  50 min əsgərdən ibarət  olacaqdı, 88-93-cü maddələrə əsasən, ermənilərin siyasi müstəqilliyi tanınacaqdı, Van, Bitlis, Ərzurum və Trabzon ərazilərində türk-erməni sərhədlərinin müəyyənləşdirilməsi Vudro Vilsonun(1913-1921-ci illərdə ABŞ-ın dövlət başçısı Woodrow Wilson) münsifliyi ilə həll olunacaqdı, Batumi tərəfdən ermənilərin Qara dənizə çıxışına imkan yaradılacaqdı və s.

Yeri gəlmişkən, Qazi Mustafa Kamal Atatürkün rəhbərliyində Türkiyə Böyük Millət Məclisi bu alçaldıcı Sevr  müqaviləsini ratifikasiya etməmişdir. ABŞ-ın o zamankı Prezidenti Vudro Vilson isə, 22 noyabr 1920-ci il qərarı ilə Van, Bitlis, Ərzurum və Trabzonun ermənilərə verilməsinə dair qərarı təsdiqləmişdi.

Belə bir təlatümlü dönəmdə bolşevik Rusiyasi  iki dəfə – 02.01.1920 və 23.01.1920-ci ildə – Azərbaycan Xalq Cümhuriyyətinə cənub sərhədlərinin (A. Denikindən) təhlükəsizliyini təmin etməsi haqqında Q.Çiçerinin imzası ilə nota göndərmişdi. Versal sülh konfransının Ali Şurası tərəfindən Kerzonun təklifi ilə Azərbaycanın müstəqilliyinin de-fakto tanınması (11.01.1920), görünür, şimal qonşumuzu çox qıcıqlandırmışdı. 17 mart 1920-ci ildə  V.İ. Leninin Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərməsi, xüsusən də 16 mart 1920-ci ildə Osmanlı dövlətinin paytaxtı İstanbulun işğalçı müttəfiq dövlətlər tərəfindən (Böyük Britaniya, Fransa və Yunanıstan ) işğalı, demək olar ki, cümhuriyyətimizin siyasi müqəddəratını həll etdi.

“Batuma, türklərə yardıma gedirik” bəhanəsilə müqavimətsiz şəkildə Bakıya daxil olmuş bolşeviklər Həmid Sultanovun vasitəsilə əvvəlcə, Azərbaycan Kommunist Partiyası adından, daha sonra isə Çingiz İldırımın adından  Azərbaycan Demokratik Respublikasının Parlamentinə ultimatum  vermişdi.

27 aprel 1920-ci il saat 20.45 dəqiqədə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145-ci – sonuncu iclasında – M. Rəsulzadə başda olmaqla  Məhəmməd Həsən Hacınski, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski və Aslan bəy Qardaşovdan ibarət fövqəladə səlahiyyətli xüsusi nümayəndə heyəti Əliheydər Qarayevlə Həmid Sultanovun gündüz saat 12-də təqdim etdikləri ultimatuma yeddi şərt daxilində iqtidardan getmək məsələsini müzakirə etməyə başladı. Əsas şərtləri Azərbaycanın suverenliyi və müstəqilliyinin  saxlanılması, milli hökumət və parlament üzvlərinin həyat və əmlaklarının toxunulmazlığının  təmin edilməsi idi.

M. Rəsulzadə, əslində, hakimiyyətin bolşeviklərə təslim edilməsini  istəmirdi: "Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bu günkü kommunist fırqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq, bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyəti, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq".

Xalq Cümhuriyyəti Parlamentinin sonuncu iclası saat 23.25-də başa çatdı. Fövqəladə səlahiyyətli xüsusi nümayəndə heyəti AXC hökumətinin təhvil aktını imzalayıb salondan çıxanda Parlamentin “Hümmət” fraksiyasından olan Səmədağa Ağamalıoğlu “vəssalam, bazar bağlandı” deyə-deyə avtomobilə minib hökumətin təhvil aktını bolşeviklərin Çəmbərəkənddəki qərargahına apararkən, M.Rəsulzadə üçrəngli bayrağı eyforiyada olan bolşeviklər tərəfindən təhqir olunmaması üçün da özüylə götürmüşdü.

28 aprel 1920-ci ildən 31 dekabr 1922-ci ilədək Ədliyyə komissarı, Əmək komissarı, “Kommunist” qəzetinin redaktoru, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, Bakı quberniyasının Şamaxı qəzası üzrə fövqəladə komissarı, Hərbiyyə və Dəniz komissarı  kimi fəaliyyət göstərmiş Əliheydər  Qarayev və 28 aprel 1920-ci ildən 1 iyun 1921-ci ilədək Daxili İşlər Komissarı olmuş Həmid Sultanov Azərbaycanda sovet hakimiyyətinin elan olunmasının ilk anlarından M. Rəsulzadənin fiziki cəhətdən məhv edilməsinə çalışmışlar.

Bolşeviklər sözdə milli hökumət üzvlərinə toxunulmazlıq hüququ verəcəklərini vəd etsələr də, əsla öz sözlərini tutmadılar, elə ilk andalardan etibarən onlara qarşı repressiyalara başladılar. Məsələn, 29  aprel 1920-ci ildə sabiq baş nazir Nəsib bəy Usubbəylini Bakı vağzalında həbs etilər, bir gün sonra Bakının qubernatoru general-mayor Murad Girey Tlexas, Bakı polismeysteri polkovnik Rüstəm bəy Mirzəyevi, Bakı istehkam  rəisi general-mayor İbrahim ağa Usubovu zindana salıb qısa müddətdən sonra güllələdilər.

Bolşeviklərin  özbaşınalığına qarşı az sonra Azərbaycanda silahlı qarşıdurmanın artması da  bolşevikləri Milli hökumət üzvlərinə qarşı repressiv tədbirlər almağa tələsdirirdi. Məsələn, 25-31 may 1920-ci ildə Gəncədə Cavad bəy Şıxlıniski, Mirzə Məhəmməd Qacar və Cahangir Bəy Kazımbəyovun başçılığı, 6-18 iyun 1920 -ci ildə Zaqatalada Əhmədiyəvin və Molla Nafiz Əfəndinin rəhbərliyi, həmin ilin iyulunda  Şəmkir qəzasının Müşkürlü kəndində Namazın başçılığı altında, avqust ayında  Quba qəzasının Dəvəçi və Quba dairələrində Həmdulla Əfəndinin və Qaçaq Mayılın başçılığı altında, 18 may- 4 iyun  1920-ci ildə  Göyçay qəzasının (Kürdəmir rayonunun)  Şilyan kəndində Nuh əfəndinin rəhbərliyi ilə silahlı üsyan baş vermişdir. Şilyan üsyanı amansızlıqla yatırıldıqdan sonra  5 iyun 1920-ci ildə həmin kənddə qurulmuş “hərbi məhkəmə” 5 üsyançını həqarətlə“yovşan hökuməti” qurmaqda ittiham edərək barələrində güllələnmə hökmü çıxarmış və hökm dərhal yerinə yetirilmişdi…

Gündən-günə artan təqiblərdən və həbsdən qurtulmaq məqsədilə M. Rəsulzadə gizli yollarla Azərbaycanı tərk etmək qərarına gəlir. Məlum səbəblərə görə şimala getmək olmazdı, 1911-ci ildə isə İrandan deportasiya edilmişdi, ermənilər tərəfinə getmək intihara bərabərdi, bircə ümid Gürcüstan tərəfə çıxıb oradan Türkiyəyə keçə bilməyə qalmışdı. 28 aprel 1920-ci ildə Azərbaycanı sovetləşdirən bolşeviklər hələlik Gürcüstanı tutmamışdılar. Polyaklarla savaşda ağır durumda olan bolşeviklər Antantanın dəstəklədiyi Gürcüstan Demokratik Respublikası ilə Moskvada (7 may 1920-ci il) sülh müqaviləsi  bağlamaqla kifayətlənmişdilər. Yeri gəlmişkən, sonralar sovet Azərbaycanının rəhbəri olacaq “əziz Sergey Mironıç" – S. M. Kirov – 1920-ci ilin yayında RSFSR-in Gürcüstandakı daimi nümayəndəsi vəzifəsinə gətirilmişdi. Bolşeviklər özlərini  bir az möhkəmləndirən kimi, 25 fevral 1921-ci ildə Gürcüstanı da sovetləşdirdilər.

M. Rəsulzadə inandığı adamların köməyi ilə Sarı Ələkbər adında çox etibarlı bir çobanın bələdçiliyi sayəsində qaranlıq gecədə gizli şəkildə Novxanını tərk edib Xızının Gimçi kəndinə, Seyid Zəki ağanın evinə pənah gətirir. Burada ağa öz oğlu ilə bərabər M. Rəsulzadəni Lahıc kəndinə göndərir (Rəsulzadənin kürəkəni Daməd hacı Müslümoğlu o kənddən idi).

M. Rəsulzadəni həbs etmək üçün Novxanaıya gələnlər onu orada tapmadıqlarından bütün yol boyu, vağzallarda axtarışa başlamışdılar. Bolşeviklərə işləyən yerli sakinlərdən biri (lahıclı Nəsrulla oğlu Əliabbas ) M. Rəsulzadənin Lahıcda olduğunu əlaqədar təşkilata bildirib. M. Rəsulzadə təqibdən qurtarmaq üçün 17 avqust 1920-ci il gecəsi Lahıcı tərk edib Aşıq Bayram kəndinə gedəndə (başqa bir məlumata görə, Qaraməryəmə gedəndə) “sayıq” bolşeviklər tərəfindən həbs olunur və Bakıya gətirilir.

1920-ci ilin iyun ayında İranın Ənzəli şəhərində yaranan İran Kommunist Partiyasının siyasi fəaliyyəti rus bolşevikləri tərəfindən müəyyənləşdirilirdi. Həmin ilin avqust ayının sonlarında M.Rəsulzadə ilə çox  səmimi dost olan Heydər xan Əmioğlu (Tarıverdiyev) təlimat almaq üçün Bakıdaydı (1920-ci ilin sentyabr ayında Heydər xan Əmioğlu İran Kommunist Partiyasının baş katibi seçilmişdi). Məhəmmədəmin Rəsulzadənin həbs olunduğu xəbərini eşidən Heydər xan Əmioğlu dərhal bu barədə İosif Vissarionoviç Stalinə teleqram vurur.  İ. V. Stalin vəziyyətin ciddiliyini dərk edərək Azərbaycan Respublikası İnqilab Komitəsinin Sədri N. Nərimanova təcili şifroqram göndərir: “До моего приезда  не трожьте  М.Расулзаде. Наркомнац, член Реввоенсовa И. Сталин. Владикавказ. 01.09.1920  (Mən gələnədək M.Rəsulzadəyə toxunmayın. Milli Məsələlər üzrə Xalq Komissarı, İnqilabi Hərbi Şuranın üzvü İ. Stalin. Vladiqafqaz. 01.09.1920)".

Şifroqramı alan N. Nərimanov  Xüsusi Şöbənin rəisi Semyon Pankratova zəng edərək İ. Stalinin əmrini ona çatdırır. Səhəri gün mərkəzi “Kommunist” qəzetində M. Rəsulzadənin Bakı təcridxanasına gətirilməsinin səbəbləri barədə N. Nərimanovun açıqlaması çap olunmuşdu, guya, M. Rəsulzadənin təcridxanada saxlanılması onun təhlükəsizliyini təmin etmək məqsədilədir.

M.Rəsulzadənin güllələnməsinə çalışanlar, ilk növbədə, Levon Mirzoyan, Sarkis Danilyan, Baqdasar Ovsepyan kimilər uzun müddət dərk edə bilməmişlərdi ki, M. Rəsulzadənin tutulması barədə xəbəri bu tezliklə İ. Stalinə kim çatdırmışdır.

M. Rəsulzadə ilə İ. Stalin əsrin əvvəllərindən tanış idilər. Rəsulzadəgil İ. Stalini iki dəfə real ölümdən, bir dəfə də sürgündən  qurtarmışdılar. Birinci dəfə, 1904-cü ilin dekabr ayının 12-də (həmin ilin 13- 31 dekabr günlərində Bakıda çarizmə qarşı güclü hərəkat olmuşdur) Koba (İ. Stalin 1898-ci ildən özünə Koba təxəllüsü götürmüşdü. Gürcü yazıcısı A. Kazbeqinin 1882-ci ildə yazmış olduğu “Ata qatili” povestindəki xeyirxah qaçaq Koba obrazı Stalinin sevdiyi ədəbi qəhrəman idi) polis təqibindən qurtulmaq üçün qaçıb Novxanı məscidində gizlənmişdi. Bakıda böyük hörmət və nüfuz sahibi olan Axund Hacı Molla Ələkbər (M. Rəsulzadənin atası) onu polisə təslim etməmiş, onun “buraya kənar şəxs gəlməmişdir” sözlərinə inanan polislər ərazidən uzaqlaşıb getmişlər. İkinci dəfə isə, 1908-ci ildə Bayılda Məşədi Kazım adlı qoçu Kobanı bıçaqlamaq ("şoşqalamaq") istəyəndə M. Rəsulzadə Kobanı ani ölümdən qurtarıb. Qoçu Məşədi Kazımın Rəsulzadələrə böyük sayqısı olduğundan, M. Rəsulzadənin sözünü sındırmır və Kobadan əl çəkir. Bir dəfə də (23 mart 1910-cu ildə ) Koba “Qudok” qəzetində çap olunmuş məqaləyə görə jandarmeriyaya gətiriləndə M.Rəsulzadənin atası ona zamin olmuş və  Koba 30 mart 1910-cu ildə  Bakı Quberniyası jandarm idarəsinin poruçiki Podolskinin təqdimatına əsasən 6 aylıq şərti cəzayla yaxasını qurtara bilmişdi.

Qafqazda Denikinin komandanlığı altında hərəkət edən ağqvardiyaçıları məğlub edən İ. Stalin 2 noyabr 1920-ci ildə gözlənilmədən Bakıya gəlir. Dərhal da XI Ordunun Xüsusi Şöbəsinin təcridxanasına gedir. Az sonra Xüsusi Şöbənin rəisi S.Pankratovun kabinetində M. Rəsulzadə ilə İ. Stalinin tarixi qarşılaşması səhnəsi gerçəkləşir. Stalinin əmri ilə Pankratov kabineti tərk edəndə Stalin M. Rəsulzadəyə tərəf gəlir, tanış gürcü şivəsində rusca “Tanımadın? Mənəm – Koba, yəni, Stalin.” deyir. M.Rəsulzadə isə “Mən Kobanı tanıyıram, Stalini yox” – deyərək, onunla qucaqlaşır.

Təqribən bir saata qədər ikilikdə söhbət edirlər. Stalinin sözlərindən məlum olur ki, Bakı bolşeviklərinin bir hissəsi onun güllələnməsini, bir hissəsi isə ömürlük həbs olunmasını istəyir. Təkcə Stalin (o özü haqqında həmişə 3-cü şəxsdə danışmağı xoşlayarmış ) düşünür ki, M. Rəsulzadə nə güllələnməyə, nə də ömürlük həbsə layiqdir. Rəsulzadə Stalinlə bərabər Kremldə işləməli, buradan bir yolluq getməlidir. Burada qalarsa, İ. Stalin gedən kimi, onlar bir şey düşünüb M. Rəsulzadəni mütləq şərləyib tutacaq, sonra da “bədbəxt bir hadisənin qurbanı oldu” deyə əsas gətirəcəklər.

M. Rəsulzadə düşünmək üçün vaxt istəyir və İ. Stalinin əmri ilə S. Pankratov ona ayrıca bir otaq ayırır. M. Rəsulzadə bu hissəni özünün məşhur “Stalinlə ixtilal xatirələri” əsərində təsvir etdiyi üçün məsələni təfərrüatı ilə yazmağı lazım bilmirik. 9 noyabr 1920-ci ildə  İ. Stalin və M. Rəsulzadə  Bakını tərk edirlər.

M.Rəsulzadə 1922-ci ildə İ. Stalinlə məsləhətləşmədən, gizli şəkildə SSRİ-ni tərk edir və uzun sərgüzəştlərdən sonra 1922-ci ilin dekabr ayında İstanbula gəlir. Tərəddüd etmədən İstanbuldan onu rəsmən ölümün pəncəsindən qurtarmış İ. Stalinə məktub yazır.

Qeyd etmək lazımdır ki, M.Rəsulzadənin  İ. Stalinə ünvanladığı məktubu eyni ilə 23 yanvar 1923-cü ildə Türkiyədə  “Yeni Kafkasya” dərgisin 5-ci sayında nəşr etdirməsi İ. Stalini son dərəcə hiddətləndirmişdir. İ.V.Stalin 16 sentyabr 1923-cü ildə Azərbaycanın siyasi rəhbəri S.M. Kirova (1921-1926 ) – surətləri Xalq Komissarları Şurasının Sədri Q. Musabəyova, Bakı Partiya Komitəsinin katibi R. Axundova, Bakı Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri (1926-1929-cu illərdə  Azərbaycan Kommmunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub ) L. Mirzoyana, Zaqfederasiya Xalq Komissarları Şurasının Sədri M. Oraxelaşviliyə – M.Rəsulzadə ilə bağlı xüsusi teleqram göndərmişdi. Həmin teleqramda tələb olunurdu ki, adları qeyd olunan məsul şəxslər Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurası Rəyasət Həyətinin sədri Məhəmmədəmin Rəsulzadəyə qarşı total ittiham və qaralama kampaniyası başlatsınlar, onu  “siyasi reneqatlıqda (xəyanətdə ), türklərin özlərinin milli mənafeyinə qarşı çıxmaqda, mülkədarların torpaqlarının yoxsullara paylanmasını gerçəkləşdirməməkdə, müsəlman şərqinin İngiltərənin müstəmləkəsində qalmasına şərait yaratmaqda, mart qırğınında Azərbaycan Purişkeviçi olmaqda, Şamxor talanına təşkilatçılatçılıqda günahlandırsınlar.”

Məhəmmədəmin Rəsulzadəni ölümdən qurtarmış İ. Stalinin hiddətinə səbəb M. Rəsulzadənin məktubda yazdığı son cümlələr olmuşdu: “Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər. Bir zaman onlar Vilsonun prinsiplərinə inandılar; sizin şüarlarınız isə onlara daha cəlbedici göründü. Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə müncər oldusa, sizin şüarlarınız da Ukrayna, Türküstan və Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mübarizəyə qəhrəman Türkiyənin Antantaya qarşı yürütdüyü mücadilə qədər bir haqqı vardır.

Ömründə heç nəyi və heç kimi unutmayan, çox şeyə qadir kindar İ. Stalin öz rəqiblərini, hətta öz anasını belə bağışlamağı əsla bacarmırdı. Xəstə anasına son dəfə baş çəkmək üçün 1935-ci ilin 29 oktyabrında Tbilisiyə gəlmiş İ. Stalin ondan ayrılan məqamda “Keke, (anası Yekaterina Geladzeyə belə müraciət edərmiş) məni o zamanlar niyə o qədər əzişdirirdin?”– deyə soruşanda anası da “Soso, (anası yeganə övladını belə çağırarmış) o zaman səni o qədər əzişdirməsəydim, sən indi belə olmazdın”- söyləmişdi.

Qeyd edək ki, İ. Stalin nə anası öləndə, nə də dəfn olunanda (4 – 8 iyun 1937-ci il) Tbilisiyə getdi. İ. Stalin, anası haqqında təhqiramiz bir ifadə işlətmiş L. Trotskini bütün dünya boyu təqib etdirib, nəhayət, uzaq Meksikada öldürtmüşdü ( 21 avqust 1940).

M.Rəsulzadənin 1923-cü ildə “Yeni Kafkasya” dərgisində nəşr olunan məktubu ilə“Azerbaycan Cumhuriyeti Keyfiyet-i Teşekkülü ve şimdiki Vaziyyeti” əsəri faktik olaraq, İ. Stalinin 1913-cü ildə nəşr olunmuş “Marksizm və milli məsələ” doktrinasınının cəfəng ideya olmasını sübut edirdi. Qeyd olunan əsərlə XX əsr marksistləri arasında şöhrət tapmış, dünya siyasəti zirvəsinə yüksəlmiş İ. Stalin heç vəchlə M. Rəsulzadənin fikri ilə razılaşmadı, acığını onun ailəsindən aldı. M.Rəsulzadənin evində dəfələrlə duz-çörək kəsmiş “bığlı oğlanın”  eqosu ona 13 noyabr 1920-ci ildə Temirxanşurada “İncil”dən gətirdiyi sitatı da unutdurdu: “"И делай справедливое и доброе пред очами Господа, дабы хорошо тебе было – Rəbbin nəzərində ədalətli və xeyirli olanı et ki, sənə yaxşı olsun”.

Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurası Rəyasət Heyətinin sədri Məhəmmədəmin Rəsulzadə də sabiq ruhani seminaristinin qarşısında borclu qalmamış, Qurani-Kərimlə cavab vermişdi: إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لأَنفُسِكُمْ وَإِنْ أَسَأْتُمْ فَلَهَا“Yaxşılıq və pislik edərsənizsə, özünüzə edərsiniz.”  فَإِنَّ اللَّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ  –  “Gerçəkdən də ALLAH yaxşı iş görənlərin əməyini boşa çıxarmaz.”  

O hadisələrdən yüz ilə yaxın vaxt keçir. Kimin daha ədalətli və uzaqgörən olduğunu əlahəzrət zaman özü müəyyənləşdirmiş, "İNSANLARA HÜRRİYYƏT, MİLLƏTLƏRƏ İSTİQLAL" fikri bütün dünyanın qəbul etdiyi ideyaya çevrilmişdir.

Şərhlər

Bulud bəy 2018-02-12 13:49:44

Veriləriniz və incələmələriniz üçün çox sağolun deyirəm. Mən Güney Azərbaycandanam. Məncə də bizim Quzeydə türklük və müsəlmanlıq(qeyri sıyası islamı məqsəd alıram) marksizm-bolşivizm/solçuluq əli ilə tapdalanıb silindi vəya bu işə cəhd edildi. Güney də isə durum daha ağır gəlmişdi. Bizim Güneydə türklük və müsəlmanlıq, həm solçular yönündən həm də fars-zərdüştçü Pəhləvi və şovinist fars vəyaxyd türk manqurdların tərəfindən hiddətlə yaşaya alındı. İmdi biz istər-istəməz hardasa bu ötəki və tarixsəl keçmişin sonuçu günləri yaşayırıq..

Bəhram Qarabağlı 2018-02-12 13:49:44

Cənab professor tədqiq etdiyi tarixi hadisələri yazıb. Şərhlər isə sanki bu dündən qəfil yuxusunda gələcək 7 ilin müzakirəsidir? Çarlığın hərbi donanmasının 1783 və 1795-ci ilərdə Bakıya səfərindən İrana aid keçmiş Osmanlı ərazisi-Cənubi Qafqaz de-fakto Rusiya təəbəliyinə keçmişdi. 1895-ci ildən də Bakıda Avropa xalq-demokrat inqilabı daha çox("İskra") alovlanırdı. Qarşısı alınmaz Xalq hərəkatını isə hakim erməni-rus bolşevizmi ələ almışdı. 25 il öncə SSRİ buraxılıb və yerində (satqınmı?) oxşar MDB var!

Ənməd 2018-02-12 13:49:44

həmid sultanovda,əleydər qarayevdə, çingiz ildırda 1937-də nökərlik etdiyi sovet rusiyası tərəfindən öz paylarını alaraq represiya olunmuşdular. Amma o vaxtlar Məmməd Rahim bir şeirdə bu satqının ağzın paynı belə vermişdi. Həmid, sənin nökərlik var nəslində. Varaqla bax keçənləri, uzağı Bir zamanlar Şəmsəddini, Qazağı Rus çarına satan alçaq baban da Adı soltan, özü yaltaq baban da. Sən də namus, vicdanını atmısan, Doğma yurdu yad ellərə satmısan

Eldəniz 2018-02-12 13:49:44

Əliheyder Qarayev , Hemid Sultanov , Semed Agamalioglu , Cingiz İldirim , Neriman Nerimanov ve adlarını bilmediyimiz basqa adamlar Azərbaycanin Dovlet Musteqilliyini Koministlere - ruslara satdilar..İndi az cox onlarin terefini saxlaynlar var.Amma Allaha xatir hec olmasa semimi olaraq deyin .... bunun bir adi var o da satqinciliqdir ...Xususile de Əliheyder Qarayev əslinde milli satqin idi ... Axirda ruslar onlarin bəzilərini qeseng mukafatlandirdi... Tepelərinə güllə çaxmaqla ..

coxbilmiw-e 2018-02-12 13:49:44

Seninde coxbilmiw aglina dawwgoyum,sen ol duz sozumdu,sene senol vurdumki inanasan.

Qanunpərəst 2018-02-12 13:49:44

Cənab professor bu ətraflı və çox maraqlı yazıya görə minnətdarlığımı bidirirəm və yəqin ki, bu yazıdan Rəsulzadənin ruhu şad olar.

t.ədalət 2018-02-12 13:49:44

İllər keçsə də həmin həmid sultanovlar bitib qurtarmamışlar. Xəyanətkar bolşeviklər indi də müstəqilliyimizin əleyhinə səs verən,ölkəmizin deputat və məmur kürsülərində rahat əyləşən rus sevdalıları şəklində fəaliyyətlərini davam etdirirlər.Onlar hələ də xain Çingiz İldırım,Qəzənfər Musabəyov və Həmid Sultanovların çürümüş ideyalarını yaşatmağa çalışırlar.Müstəqilliyimizin təsdiqi,əlbəttə, onlardan qurtulduqdan sonra olacaqdır.

Oğuz 2018-02-12 13:49:44

Bəli ürəklərdə həkk olunan Milli liderimiz M.Ə.Rəsulzadə millətimizin öz vətənində hür, azad yaşamasının Azərbaycanın azad dünya dövləti olmasının tərəfdarı olmuşdur. M.Ə.Rsulzadə belə deyirdi “6 yanvar 1920-ci ildə AXC dövlətlər tərəfindən tanındı elə həmin gündən Azərbaycan davası rusiyanın iç məsələsi olmaqdan çıxmışdır”. Kölə təfəkkürlü rus dəynəyindən azad yaşaya bilməyən gədələr isə özlərini komunizm adı altında rus adlı ağaya satdılar, müstəqilliyimizi itirdik, millətimizi rusların ayaqları altında əzilməsini,torpaqlarının haylara pay verilməsini təşkil etdilər. Burdan yazılmamışlardan birinidə xatırladaq Astarxanda oturan (28-ci bakı komisarı) əleydəri,çingiz ildırımı, həmid sultanovu idarəedən ibnə 1920-ci ilin baharında AXC-nin ordusunun başını qatmaq məqsədilə moskvada olan ermənilərlə əlbir olub ararat respublikasında yaşayan erməniləri Azərbaycan dövlətinə qarşı qaldırmışlar, nəticədə AXC-nin ordusunun əsas qüvvələri Qarabağ və Zəngəzur bölgəsində hərbi əməliyyatlara cəlb edilmişdir. Yəni Zəngəzur və Qarabağ əməliyyatlarından qabaq bu qüvvələrin əsas hissələri rusiya sərhədləri istiqamətində cəmləşmişdir.Yəni işğala maneçilik etməmək üçün məkirli planlar tökmüşdülər. O ki, qaldı gələn bolşevik rus qoşunlarına bunlar o qədərdə güclü deyildi, əsas baş rollarda yerli manqurtlar və ermənilər olmuşdular. Bakının işğalından sonra şəhərdə nə qədər milli sahibkar vardısa hamısını soydular, əmlakları zəbt edilərək yerli marqurtlarla gələn ruslar ermənilr arasında bölüşdürüldü. Gəncədə 1920-ci may qiyamından sonra həmid sultanov kimi şərəfsiz indiki azneft dairəsində mitinqdə belə deyirdi ay camaat bilin Gəncədə bir dənə kişi qoymadım qala. İndidə Azərbaycan müstəqil dövlətdi, amma Bakıda həmid sultanov kimi şərəfsizin adına hələdə küçə mövcuddur. 1995-ci ildə çəkilmiş AXC-yə dair bu filmə baxın https://www.youtube.com/watch?v=vGW8Z01kmSw

Çoxbilmiş 2018-02-12 13:49:44

Qərbi Azərbaycanı dığalara BAĞIŞLAYAN Rəsulzadənin Stalin dostluğu...onun tərəfindən xilas olması HƏR ŞEYİ AYDIN GÖSTƏRİR elçibəy canı.

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price