Menu

Nazir yalan danışdığı üçün istefa verdi

13.02.2018, 21:22
Nazir yalan danışdığı üçün istefa verdi

Hollandiya xarici işlər nazir Halbe Zijlstra yalan danışdığı üçün istefa verib.

Teleqraf.com xəbər verir ki, nazir 2006-cı ildə Rusiya prezidenti Vladimir Putin görüşdüyünü etiraf edərək daha öncə bu mövzuda mətbuata yalan məlumat verdiyini bildirib.

Ağlayaraq deputatlara müraciət edən nazir yalan danışmaqla həyatının ən böyük səhvini etdiyini bildirib.

O, krala istefa ərizəsi təqdim etməkdən başqa çıxış yolunun olmadığını deyib.

Nazir bazar ertəsi "Volkskrant" qəzetinə müsahibəsində 2006-cı ildə Rusiyanın prezidenti ilə görüşdə iştirak etmədiyini bildirib. Zailstra qeyd edib ki, Putin Belorus, Ukrayna, Baltikyanı ölkələr və Qazaxıstanda "Böyük Rusiya" yaratmaq istəyir.

Müsahibə dərc ediləndən dərhal sonra nazirin Putinlə görüşdə iştirak etmədiyinə dair dediklərinin yalan olduğu təsdiqlənib. Müxalifət liderləri nazirin etibarlılıq məsələsini parlamentdə müzakirəyə çıxarmaq istəyiblər.

Zailstra bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşmək üçün Moskvaya səfər etməli idi. Hollandiya Xarici İşlər Nazirliyi səfərin ləğvi barədə Kremli məlumatlandırıb.

Halbe Zijlstra 4 ay öncə xarici işlər naziri təyin edilib.

Şərhlər

məmmədqulu 2018-02-13 21:22:55

Daş başına. Bizimkilərin heç biri doğru danışmır. Onda belə çıxır ki, bizimkilər suisid etməlidirlər?

Mirzə AĞ 2018-02-13 21:22:55

Nə yaxşı ki, bizim nazirlər yalan danışmırlar! Yoxsa istefa verərdilər, biabır olardıq...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol