Menu

İranda valyuta böhranı!

15.02.2018, 12:28
İranda valyuta böhranı!

İran rəsmiləri milli pul vahidi Rialın dəyərdən düşməsinin qarşısını almaq üçün ölkədəki valyutadəyişmə məntəqlərini bağlayaraq və çoxlu sayda valyuta alqı-satqısı ilə məşğul olan şəxsi həbs edib.

"Marja" xəbər verir ki, İslam Respublikasının Xəbər Agentliyinə görə, İran Hüquq-mühafizə Qüvvələri Komandiri E. Rəhimi təxminən 90 nəfərin həbs edildiyini açıqlayıb.

İran dövlət yayım orqanlarına görə, Rial, Çərşənbə axşamı günü dollar qarşısında rekord aşağı səviyyəyə geriləyib; Dollar/riyal məzənnələri bəzi əməliyyatlarda 50 səviyyəsinə qalxmışdı.

İranda valyutadəyişmə məntəqələri dollar daxil xarici valyutaları banklara nisbətən daha yaxşı qiymətdən alıb-satdığı üçün iranlılar tərəfindən üstünlük verilir.

Şərhlər

G.M 2018-02-15 12:28:08

Min ilin İran Dövləti valyuta-maliyə tənzimlənməsini bizdən öyrənir)))))))))))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol