Menu

Naxçıvan Avtomobil Zavodu yanvarda da istehsalı bərpa edə bilmədi

16.02.2018, 11:52
Naxçıvan Avtomobil Zavodu yanvarda da istehsalı bərpa edə bilmədi

2018-ci ilin Yanvar ayında Azərbaycanda minik avtomobili istehsal olunmayıb. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.

"Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ildə Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Ötən ilin İyul ayından Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.

01.02.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 115 ədəd təşkil edib. 01.01.2018-ci il tarixində hazır məhsul ehtiyatı 116 ədəd idi.

Naxçıvanın İqtisadiyyat Nazirliyi zavodun fəaliyyətini dayandırdığı barədə susur.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edirdi. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunurdu. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol