Menu

ABŞ-da kollecdə silahlı insident baş verib

16.02.2018, 23:20
ABŞ-da kollecdə silahlı insident baş verib

ABŞ-ın Sietl şəhəri (Vaşinqton ştatı) yaxınlığında “Highline” kollecində atışma olub.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insidentin kollec ərazisindəki yataqxanada qeydə alındığı bildirilir.

Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Qeyd edək ki, fevralın 14-də Florida ştatının Parkland şəhərində məktəbə edilən hücum nəticəsində 17 nəfər həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol