Böyük Britaniyada 4,7 bal gücündə zəlzələ olub.Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) xəbər yayıb.
Bildirilir ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 18:31-də, Uelsin paytaxtı Kardiffdən 49 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 10 km olub.
Dağıntılar və tələfat barədə məlumat verilmir.


Şərhlər