Menu

ABŞ səfirliyinin Yəməndə əsir götürülən əməkdaşı azad edilib

18.02.2018, 14:04
ABŞ səfirliyinin Yəməndə əsir götürülən əməkdaşı azad edilib

ABŞ-ın Yəməndəki səfirliyinin husilər tərəfindən əsir götürülmüş əməkdaşı altı aydan sonra azad edilib.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə səfirliyin əməkdaşına yaxın mənbə məlumat yayıb.

Diplomat Üsamə əl-Ansi fevralın 17-də sərbəst buraxılıb. Onun saxlanma səbəbi hələ də açıqlanmayıb.

ABŞ-ın Səna şəhərində yerləşən səfirliyinin 3 əməkdaşı 2017-ci ilin avqust ayında Yəmənin husilərə tabe olan təhlükəsizlik xidməti orqanları tərəfindən heç bir ittiham irəli sürülmədən saxlanılaraq naməlum istiqamətdə aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol