Menu

Türkiyə və İran prezidentləri Afrindəki vəziyyəti müzakirə ediblər

19.02.2018, 21:39
Türkiyə və İran prezidentləri Afrindəki vəziyyəti müzakirə ediblər

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər Suriyanın Afrin bölgəsindəki aparılan hərbi əməliyyatla bağlı vəziyyəti müzakirə ediblər.

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə ordusu Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol