Menu

Ağcabədidə məcburi köçkünə məxsus maşın oğurlanıb

21.02.2018, 21:59
Ağcabədidə məcburi köçkünə məxsus maşın oğurlanıb

Ağcabədi rayonunda avtomobil oğurluğu olub.

"Reprot"un məlumatına görə, rayonun 556 nömrəli köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış Ağdam rayon sakini Sədi İbrahimova məxsus "VAZ-21011" markalı avtomobil qaçırılıb.

O bu barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verib.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan avtomobil Beyləqan rayonu ərazisindən keçən "Qarabağ" su kanalından aşkarlanıb. Hadisəni törədən şəxslər hələlik müəyyən edilməyib. Avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol