Menu

Maliki kürdləri hədələdi

09.07.2014, 19:50
Maliki kürdləri hədələdi

Baş nazir: "Terrorçuları gizlətməyinizə göz yuma bilmərik"

Kürdlərin nəzarəti altında olan Ərbil İraq və Şam İslam Dövləti qruplaşmasının silahlılarının hərbi bazasına çevrilib.

Bunu İraqın baş naziri Nuri Əl-Maliki bəyan edib.

Baş nazir İraq Kürdistan müxtar vilayətinin rəhbərliyini İŞİD silahlılarını öz ərazilərində gizlətməkdə ittiham edib.

“İraq və Şam İslam Dövləti və “Əl-Qaidə” Ərbildə əməliyyat hərbi bazalarını yerləşdirib. Biz buna göz yuma bilmərik”, - deyə Maliki İraq Kürdistan müxtar vilayətinin rəhbərliyinə xəbərdarlıq edib.

Qeyd edək ki, İŞİD İraqın şimal-qərb regionlarında, eyni zamanda Mosulda nəzarəti ələ alıb.

İraq ordusu hərbi əməliyyatlar keçirərək İŞİD-in ələ keçirdiyi bölgələri terrorçulardan geri almağa çalışır. /ANS

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol