Menu

Tramp Koreyaya gəldi

23.02.2018, 13:46
Tramp Koreyaya gəldi

ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp 23-cü Qış Olimpiya oyunlarının bağlanış mərasimində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

Trend-in məlumatına görə, İ.Tramp bununla əlaqədar artıq Cənubi Koreyanın paytaxtı Seula gəlib.

O, paytaxtda bir sıra görüşlər keçirdikdən sonra olimpiya oyunlarının keçirildiyi Pxençxana yola düşəcək.

Qeyd edək ki, Olimpiya oyunlarının rəsmi bağlanış mərasimi fevralın 25-i keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol