Menu

Fransua Ollandın Bakı səfərinin gizli məqamları açıqlandı

09.07.2014, 20:46
Fransua Ollandın Bakı səfərinin gizli məqamları açıqlandı

Fransa Azərbaycanda orta mənzilli zenit-raket kompleksləri satmaq istəyir.

Bu barədə Fransanın “Intelligence Online” bülletenində bildirilir.

Bülletendə deyilir ki, bu ilin may ayında Azərbaycana səfər etmiş Fransa prezidenti Fransua Olland orta mənzilli SAMP/T zenit-raket kompleksinin satışını lobbiləşdirib.

Məlumata görə, Fransua Olland Bakıda “Eurosam” konsorsiumu üçün xeyli iş görüb və Xəzərdəki neft yataqlarını qorumaq üçün Azərbaycan rəhbərliyini bu raketləri almağa çağırıb.

Orta mənzilli SAMP/T zenit-raket komplekslərində “Aster 30” idarəolunan zenit raketləri istifadə edilir /ANS

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol