Menu

Ağdamda ər-arvad qazdan zəhərlənib

24.02.2018, 16:13
Ağdamda ər-arvad qazdan zəhərlənib

Ağdam rayonunda ər və arvad qazdan zəhərlənib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Evoğlu kəndində baş verib.

Kənd sakinləri - 1934-cü il təvəllüdlü Əliyev Eldar Mütəllim oğlu və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Əliyeva Mahirə Ağa qızı qazdan zəhərləniblər. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, vəziyyətləri ağır olduğundan ər və arvadı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. M. Əliyevanın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol