Ucar rayonunun Bərgüşad kəndində anadan olan Həsənov Mehdi Mais oğlu Xocalı soyqırımının 26-cı il dönümü münasibəti ilə rus dilində video müraciətim hazırlayıb. O, "AzPolitika.info"ya yazdığı məktubda bildirib ki, bundan əvvəl də Qarabağın işğalına etiraz olaraq rus dilində video müraciətlər hazırlayıb youtub.com-da paylaşdığı üçün onları ailəliklə Astarxandan Azərbaycana deportasiya ediblər: "13.07. 2009-cu il tarixdə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşam.İki yaşım olanda valideyinlərim Astarxana köçüb orada işləyirdilər.1-ci sinifə orada getmişəm. Mən Qarabağın işğalına etiraz olaraq rus dilində video müraciətlərimi çəkib youtub.com-da paylaşdığım üçün bizi ailəliklə Astarxandan Azərbaycana deportasiya etdilər.Hazırda Ucar rayonunun Dədə Qorqud küçəsində kirayədə yaşayırıq. Xocalı soyqırımının 26-cı il dönümü münasibəti ilə rus dilində etdiyim video müraciətimi saytınızda dərc etməyi xahiş edirəm. Mən gələcəkdə zabit olacam. Arzum budur tezliklə torpaqlarımızı düşməndən azad edək. Allah şəhidlərimizə rəhmət eləsin".


Şərhlər