Menu

Attraksion aşdı - Xəsarət alan var

10.07.2014, 10:15
Attraksion aşdı - Xəsarət alan var

Zaqatalada Yarım əsr yaşı olan əyləncə qurğusu qırılıb

APA-nın məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhərin mərkəzindəki Heydər Əliyev Parkında qeydə alınıb.

Ötən əsrin 70-ci illərində quraşdırılmış attraksion qırılıb. Qəza baş verən zaman attraksionda bir neçə nəfər olub. Onlardan biri - Əliabad kənd sakini, Cumayeva Gülcöhrə Əhməd qızı yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol