Menu

“ACP-dan getmək fikrim yoxdur” - Sülhəddin Əkbər

02.09.2013, 11:40
“ACP-dan getmək fikrim yoxdur” - Sülhəddin Əkbər

“Rəsul Quliyevlə aramız dəyməyib”

Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər yeni siyasi partiya yaratması, eləcə partiya lideri Rəsul Quliyevlə yollarının ayrılması haqda mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib. Modern.az-a açıqlama verən S. Əkbər deyilənlərə təkzib edib.

Partiya sədri ACP-da getmək niyyətində olmadığını deyib. Onun sözlərinə görə, Rəsul Quliyevlə də münasibətlərdə hər hansı problem yoxdur.

“Bunlar hamısı yalandır. Nə partiya yaratmıram, nədə ACP-dan getmək fikrim yoxdur. Sadəcə partiyamıza qarşı yönələn böhtandır”- deyə S.Əkbər qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol