Menu

Abşeronda yol qəzası baş verib, yaralananlar var

27.02.2018, 19:50
Abşeronda yol qəzası baş verib, yaralananlar var

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Masazır qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "Niva" markalı 10 GU 009 dövlət qeydiyyat nişanlı avtomobillə "VAZ 2107" markalı minik maşını toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol