Menu

Alman xeyriyyə təşkilatı miqrantları yedirtməkdən boyun qaçırdı! - Ksenofobiya?...

28.02.2018, 00:01

1582015533-miqrant«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın Essen şəhərində (Şimali Reyn-Vestvaliya bölgəsi) fəaliyyət göstərən və kasıblara köməklik edən «Essener Tafel» adlı xeyriyyə təşkilatı «Almaniya vətəndaşı olmayan şəxsləri pulsuz yedirtməyi dayandırıb».

«BBC»-nin məlumatına görə, Almaniya kansleri Angela Merkel bu qərarına görə, sözügedən təşkilatı tənqid edib.

Təşkilat Essendə 16 min kasıba köməklik göstərir. Onlar bu kateqoriyalı insanlara yararlılıq müddəti tezliklə bitəcək ərzaqlar paylayırlar. Amma supermarketlərin qaydalarına görə, həmin ərzaqlar məhv olunmalıdır.

Təşkilat bildirir ki, son illər bu bölgədə pulsuz ərzaq alan əcnəbilərin sayı 75,0 faizə qədər artıb.

«Essener Tafel»-in başçısı Yorq Zartor bəyan edib ki, burada söhbət ksenofobiyadan getmir. Pulsuz ərzaq alanlar arasında miqrantların sayının artması səbəbilə, təşkilat bu addımı ədalətin bərpası məqsədilə atdığını bildirir. Belə ki, yuxarıdakı səbəbdən dolayı, guya tənha anaların və qoca qadınların bir çoxu ərzaq məntəqələrinə gəlmirlər.

«BBC» xatırladır ki, miqrasiya böhranının ən kəskin dövründə (2015-2016 illər) Suriya, İraq və Əfqanıstandan Almaniyaya 1,2 milyona yaxın miqrant daxil olub.

Almaniyanın miqrasiya məsələləri üzrə milli Agentliyinin məlumatına görə, Şimali Reyn-Vestfaliya bölgəsi ölkəyə daxil olan miqrantların ümumi sayının təxminən 19,9 faizindən sığınacaq sifarişi alıb. Bu, federal bölgələr arasında ən yüksək göstəricidir.

İndi isə yaranmış duruma diqqət yetirək: ABŞ və onun avropalı «cinayət ortaqları» metodik və davamlı olaraq Yaxın Şərqin altını-üstünə çevirir - insanlar kütləvi halda həlak olurlar, müharibədən qaçan isanların bir qismi Avropaya yetirşənə qədər həyatını itirir, Avropaya çata bilənlər isə aclıqdan və tibbi köməksizlikdən dolayı sonsuz əzablara düçar olurlar. Bütün bunlar az imiş kimi, təcavüzkarlar həmin «cəlayi-vətən» zavallıları yedirtməkdən də boyun qaçırırlar!

Nə qədər iyrənc olsa da, bu fonda «varlı-hallı» ərəb şeyxləri öz milyardlarını görünməmiş səxavətlə «əcnəbi fahişələr»ə xərcləyir, Tramp ailəsinə «yüzlərlərlə milyonluq bəxşişlər» edirlər.

Daha şərəfsizliyin buynuzu olmaz ki...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol