İsa Qəmbər xəstəxanadan evə buraxılıb.
APA-nın məlumatına görə, bir neçə gündür, Mərkəzi Klinik Xəstəxanada müayinə və müalicə olunan İ. Qəmbər bu gün xəstəxanadan çıxıb.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya bildirib ki, İ. Qəmbər daha dərindən müayinə və müalicə almaq üçün artıq Türkiyənin paytaxtı Ankara şəhərinə yola düşüb.
Onun özünü yaxşı hiss etdiyi bildirilir.
Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İ. Qəmbər bu il yanvar ayının əvvəllərində xəstəxanaya yerləşdirilmiş, ürəyinə bir neçə stent qoyulmuşdu.
Bir neçə gün əvvəl isə o, yenidən Mərkəzi Klinik Xəstəxanasına müraciət etmişdi.


Şərhlər
İsa Qənbər olmayan nüfuzunu xəstəliyi ilə manipulyasiya edir.Bu nədir,Vətən üçün şəhid olan əsgər haqqında bir dəfə yazılır,bununla da məlumat bitir.İ.Qənbər xəstəliyi haqqında bütün saytlarda məlumat yazdırmaqdan usanmır.Nə isə Alah şəfasını versin...