Sərdar Cəlaloğlu seçkiyə niyə qatılır?

Nureddin1-240x3001-240x300-240x300Nurəddin İsmayıl,

ADP sədrinin mətbuat məsələləri üzrə müvini

ADP sədri Sərdar Cəlaloğlunun növbəti prezident seçkilərində iştirak barədə qərarı cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə də gözlənilirdi. Siyasi aldanışa meyilli toplum və siyasətin yalnız düz xətt üzrə hərəkətdən ibarət olduğunu qəbul edən radikal düşüncəli insanlar belə hesab edir ki, əsas siyasi müxalif qüvvələr bu seçkilərdə iştirak etmirsə və kiminsə iştirakı əsaslı dəyişikliklərlə nəticələnməyəcəksə, marafonda iştirak absurddur, ya da bu halda iştirak hakimiyyətlə işbirliyinə xidmət edir.

Əlbəttə, istənilən halda müxalif siyasi qüvvələrin seçkilərdə birgə iştirakı, hər hansı bir liderin dəstəklənməsi demokratik dəyişikliklərə inamı artırar və daha çox uğur əldə etmək şansı yaradır. Lakin çağdaş siyasi tariximizə nəzər salsaq, üzü 1993-cü ildən bəri müxalif qüvvələrin seçkilərdə birgə komanda ilə iştirakı belə, istənilən nəticəni verməyib. Deməli, uğursuzluğun kökünü başqa yerdə axtarmaq lazımdır.

Birinci növbədə Azərbaycanda hakimiyyət dəyişikliyinin marağında olmayan beynəlxalq güclərin demokratik dəyişikliklərə dəstək vermək əvəzinə müxalif qüvvələrin apardığı mübarizədən hakimiyyətə təzyiq vasitəsi kimi yararlanıb, merkantil maraqlarını təmin etmək istəyinin diqqətə alınmaması.

İkincisi, hakimiyyətə gəlmək istəyən liderlərin səngimək bilməyən birincilik iddiası.

Üçüncü, müxalif qüvvələr arasında səmimi işbirliyinin olmaması, əvvəlki illərdən fərqli olaraq xalqla əlaqənin lazımı səviyyədə qurulmaması.

Siyasi təzyiqlər, televiziyanın müxalifətin üzünə bağlanması, KİV-in hakimiyyətin monopoliyasına keçməsi, söz- mətbuat, sərbəst toplaşma azadlığının məhdudlaşdırılması, vətəndaş cəmiyyəti institutlarının sıradan çıxarılması, işsizliyin, sosial iqtisadi sıxıntıların xalqda yaratdığı ümidsizlik kimi faktları da deyilənlərə əlavə etsək, nədən müxalifətin belə ağır duruma düşməsinin və heç bir uğur qazanılmamasının fərqində olarıq. Bəs nə etməli, doğrudanmı seçkilərdə iştirak etməməmək iştirakdan daha faydalıdır?

Əgər belədirsə, bu vaxta qədər münbit bir şəraitin olmadığı halda seçkilərdə iştiraka qərar verən müxalif liderlərin istəyini hansı məntiqlə izah etmək olar? Doğrudanmı ayrı-ayrı liderlərin müxtəlif zamanlarda prezident və parlament seçkilərində iştirakını bu və ya digər formada hakimiyyətlə işbirliyinə getməsi kimi dəyərləndirmək lazımdır? Fikrimcə, bu cür yanaşma seçki fəlsəfəsinin mahiyyətinə uyğun deyil və siyasi qüvvələr seçkilərdə iştirak məsələsini arxa plana keçirməməlidir.

Fərqli düşünməyi, hadisələrə daha geniş aspektən yanaşmağ bacaran S.Cəlaloğlu, belə hesab edir ki, seçkilərdə iştirak tam nailiyyət əldə etməyə imkan verməsə də, kiçik nailiyyətlər qazanmağa, xalqla təmasa, mövcud problemləri əldə edilən tribunadan xalqa çatdırmağa, teledebatlarda xalqa mesajlar verməyə imkan verir və bu baxımdan iştirak zəruridir. Bildiyim qədər S.Cəlaloğlu bu qərara gələnə qədər müxalifətin vahid namizədlə seçkilərdə iştirakı üçün cəhdlər etmiş, danışıqlar aparmış və mətbuatda bununla bağlı öz fikirlərini səsləndirmişdir. Yalnız bu danışıqlardan müsbət nəticə əldə edilmədkdən sonra o, seçkilərdə iştirak barədə partiyanın çıxardığı qərara uyğun hərəkət etmişdir.

Keçdiyi 30-40 illik siyasi mübarizə yolu, zəngin mütaliəsi, dünya siyasi tarixinə yaxından bələd olması Sərdar bəyi bu seçkilərdə iştirak etməyə qərar verməyə gətiribsə, demək əsassız önyarqılara, qarşı tərəfi hakimiyyətlə işbirliyində suçlamağa ehtiyac yoxdur. Bu baxımdan, mən siyasi analitik Azər Rəşidoğlunun və Müsavat partiyasının Avropa təmsilçiliyinin rəhbəri Eldəniz bəyin Sərdar bəyin bu seçkilərdə iştirakının düzgün qərar olması və digər müxalif qüvvələr tərəfindən onun vahid namizəd kimi dəstəklənəməsi barədə mətbuatda səsləndirdikləri fikirləri sağlam siyasi düşüncənin məhsulu hesab edirəm.

635x100

Şərhlər

Səid 2018-02-28 13:41:50

Naxcıvanlılar onsuz da bütün vəzifələri, biznesləri mənisəyiblər. Ölkədə hər şey onlar və daha 2 qruplaşma üçündür. Bu qruplaşmalar ölkəni 3 otaqlı bir mənzil kimi özəlləşdiriblər. Qalan əhali də...............İndi də Sərdar gəlmək istəyir? Yağışdan çıxıb yağmura düşək. Naxçıvanlıdan heç vaxt sağlam müxalifət ola bilməz.

Taliw 2018-02-28 13:41:50

millet o zaman mehv olur yatmir amma ozunu yuxuluqa vurur.Baxin bu cenab Nureddin yoldaw tocno ozunu yuxulu kimi apariri. Serdar bey melum torpaqin yetiwdirib Azerbaycana atdiqi uzun muddetli kewfiyatcilardan biridir,indi tapwiriq qoyulub ki artiq zamani yetiwb, ifwa olunsunda ziyani yoxdur.( Qudret, Fezail, Fazil, Nemet ve s ve s)

Adpci 2018-02-28 13:41:50

Kim deyer, Azər Rəşidoğlunun evi jirnalistler binasinin necenci mertebesindedir?

Ada 2018-02-28 13:41:50

Nurəddin bəy bilməlidir ki,seçki demokratik cəmiyyətlərdə olar.Məsələn, Sarkozi(Fransa)2-çi dəfə seçilə bilmədi.Baxmayaraq ki, Fransada seçkini polis keçirir.Sarkozi də polis sistemindən gəlmişdir.O bunu təşkil edə bilərdi,ancaq onun mədəniyyəti buna imkan vermədi.2-çi isə biz sovet diktatura sistemindəyik."Xalq tələb edir" şüarı bukünkü siyasətin özəyidir.Stalin 30-illik hakimiyyətdə olur,başqaları niyə olmasın?-bax bəla buradadır.Bu cür problemləri ancaq Allah həll edir.

Abit 2018-02-28 13:41:50

mene maraqlıdı Serdardan prezident olar?

miri 2018-02-28 13:41:50

Nəyə nail olmaq istəyir? Hamı bildiyi həqiqətləri deyəcək, "məndə varam" mesajını verəcək, illər öncə qarşısına qoyduğu "gizli missiya"ni yerinə yetirəcək, "qazanc"ini götürəcək.Vəssəlam. Sizin yazdığınız 1ci, 2ci, 3cu ...lap 100cu səbəb nağıldan başqa bir şey deyil. Keçmişdə (düz vəya səhv) atılan addımları əsas gətirərək bu gün bu əmələ düz demək isə xalq dilində deyilən sözlərlə ifadə etmək olar, amma admin buraxmaz.

Son yazılar