Menu

Bu il Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun kapitalı 100 mln. manat artırılacaq

28.02.2018, 17:35
Bu il Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun kapitalı 100 mln. manat artırılacaq

Bu il Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun kapitalı 100 mln. manat artırılacaq.

"APA-Economics"in məlumatına görə, bu, “Fitch” beynəlxalq reytinq agentliyinin “Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

"Bundan başqa, Fond 200 milyon manat həcmində istiqraz emissiyası planlaşdırır. Həmçinin, Fond kiçik və orta sahibkarlar üçün kreditlər üzrə faizlərə görə 40 milyon manat subsidiya əldə edəcək", - deyə məlumatda vurğulanıb.

Agentlikdə hesab edirlər ki, ortamüddətli dövrdə Fonda dövlət dəstəyi davam etdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol