Menu

Ötən il Bakıda 69 minə yaxın yeni iş yerləri açılıb - Rəsmi statistika

01.03.2018, 14:04

baku baki azerbaycan ehaliBakıda muzdlu işçilərin sayı artıb.

Bakı şəhər Statistika İdarəsindən “Report”a verilən məlumata görə, 2017-ci ilin yanvar-dekabr aylarında paytaxt üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3881 nəfər artaraq 698900 nəfər olub.

2017-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 6,1 faiz artaraq 785,8 manat olub.

2017-ci ilin IV rübündə Bakıda 14713 yeni, o cümlədən 14498 daimi iş yerləri açılıb. 2017-ci ilin IV rübündə açılan iş yerləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,5 faiz artıb.

Ötən il ərzində cəmi 68714 yeni, o cümlədən 67222 daimi iş yerləri açılıb.

Şərhlər

ishsiz 2018-03-01 14:04:50

Goresen bu ish yerleri harada acilib? Axi ishsizer sherde azalmayib. Bilirsinizse aciqlay;n ora gedek.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol