Menu

“Windows 7” dayandırılır

10.07.2014, 14:37
“Windows 7” dayandırılır

“Microsoft” korporasiyası bir neçə əməliyyat sisteminin, o cümlədən fərdi kompüter istifadəçiləri arasında ən populyar olan “Windows 7” əməliyyat sisteminin dəstəklənməsini dayandırır.

Korporasiyanın rəsmi saytının məlumatına görə, 13 yanvar 2015-ci ildə “Windows 7” əməliyyat sisteminin bütün versiyalarının (Enterprise, Home Basic, Home Premium, Ultimate və Starter) əsas dəstəklənməsi (Mainstream Support) başa çatır. Bu platformaların genişləndirilmiş dəstəklənməsi (Extended Support) 14 yanvar 2020-ci ilədək davam edəcək.

“Media forum” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, “Microsoft” 13 yanvar 2015-ci ildə “Windows Server 2008”, “Windows Storage Server 2008” və “Windows Embedded Handheld 6.5” versiyalarının əsas dəstəklənməsini də dayandıracaq. “Windows Phone 7.8” mobil versiyasının əsas dəstəklənməsinin başa çatma müddəti 9 sentyabr 2014-cü il müəyyənləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol