Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovun ibtidai istintaqa verdiyi ifadə məlum olub.
APA-nın xəbərinə görə, zərərçəkmiş şəxs qismində dindirilən Arif Alışanov bildirib ki, təxminən 2007-ci ilin ortalarında Şamaxı rayonunda torpaq almaq qərarına gəlib və bu məqsədlə rayonunun Nağaraxana kənd sakini Əkbərov Şücayət Allahverdi oğlu ilə tanış olub:
“Bundan sonra aramızda yaxşı münasibət yarandı. 2012-ci ildə qardaşım Habil, yeznəm Vidadi Cəfərov, qayınlarım - Etibar, Natiq Bağırovları da kənd təsərrüfatı ilə məşğul olmağa cəlb edib, torpaqların yerli sakinlərdən satın alınmasında Şücayət Əkbərovdan köməklik göstərməsini istədim. 2012-ci ildən 2016-cı ilədək hissə-hissə qardaşım Habil 200 000 manat, yeznəm Vidadi 200 000 manat, qaynım Etibar 1 800 000 manat, qaynım Natiq 3 500 000 manat, özüm isə 500 000 manat - cəmi 6 milyon 200 min manat qoyaraq kənd təsərrüfatı və turizmlə məşğul olmaq qərarına gəldik.
Xaricdən mütəxəssislər dəvət etdik, hansı ərazilərində qoz və fındıq bağlarının salınmasının mümkün olmasını müəyyənləşdirib, torpaqların alınması ilə bağlı Şücayət Əkbərova müraciət etdim. 2014-cü ilin iyulunda Şücayət Əkbərov bizə Nağaraxana kəndindən Pirqulu kəndinə gedən yoldan təxminən 500 metr aralıda 50 hektar torpaq sahəsini göstərib, həmin yerlərin turizm təyinatlı olduğunu, hektarının 30 000 manatdan satıldığını bildirdi. Həqiqətən də mənzərəli torpaqlar olduğunu gördüyüm üçün gələcəkdə həmin ərazidə turizmlə bağlı obyekt salmaq məqsədilə almağa razılaşdım. Həmin pulu hissə-hissə Şücayətə verdim. Şücayət Əkbərov bir neçə aya torpağı satan şəxslərlə görüşüb, razı salaraq pulları ödəyəcəyini və alqı-satqı ilə rəsmiləşdirib, çıxarışını alacağını bildirdi. Lakin Şücayət Əkbərov həmin 50 hektar torpaq sahəsi üçün 1 500 000 manatı almasına baxmayaraq, torpaqların alınması üçün heç bir iş görməyib.
2014-cü ilin fevral ayında Şücayət mənə Şamaxı rayonu Nağaraxana kəndin mərkəzində yerləşən yüksəklikdəki 3,48 hektar kənd təsərrüfatlı təyinatlı torpaqları göstərib 1 hektarının 50 000 manata satıldığını bildirdi. Mən həmin torpağı almağa razılıq verdikdən sonra 2014-cü ilin fevral ayının sonlarında Şücayət Əkbərova Şamaxı rayonunda həmin torpağın alınması üçün 174 000 manatı tanışım Camal Nəbiyevin yanında verdim. 2014-cü ilin aprel ayında Şücayət həmin torpağın çıxarışını sürücüm Hacı Babayevin adına rəsmiləşdirdi. İstintaq zamanı məlum oldu ki, Şücayət Əkbərov məni aldadaraq, Şamaxı rayonu Nağaraxana kəndində göstərdiyi torpağı deyil, Kürdəmirdə hektarı 500 manata satılan torpağın hektarını 50 000 manata sataraq dələduzluqla 174.000 manatı mənimsəyib”.
A. Alişanov bildirib ki, Şamaxıda bir neçə torpaq sahəsini bəyənib və almaq istəyib. Həmin torpaqların pulunu Ş. Əkbərova ödəyib, lakin sonradan rəsmiləşdirilən sənədlərdən torpaqların Kürdəmir rayonunda olduğu üzə çıxıb: “Mənim Şücayət Əkbərov vasitəsi ilə vətəndaşlardan pay torpaq sahələrini almağımın əsas səbəbi onun yerli sakin kimi kənd camaatı ilə tez dil tapıb həmin sahələri ala bilməsi olub. Şücayətə yaxın adam kimi etibar etmişəm. Aqrar təsərrüfatı qurandan sonra Şücayət Əkbərovu oraya rəhbər təyin etmək fikrim var idi. Dəfələrlə Şücayətin Şamaxı rayonu Nağaraxana kəndindəki və Mədrəsə qəsəbəsindəki evlərində olmuşam. Onun səhhətində ciddi problemlər yarananda da ürəyində şuntlama əməliyyatı aparılmasına maddi cəhətdən köməklik edərək 10 000 manat vermişəm.
Şücayət Əkbərov 2016-cı ilin dekabrından Mədrəsə qəsəbəsində SSRİ vaxtında tikilmiş hansısa hovuzu göstərmək istədiyini və təsvir etdiyinə görə suvarma işlərimizdə gələcəkdə problem olmaması üçün həmin su hovuzuna baxıb almalı olduğumuzu dedi. Həmin vaxt Şücayətin bu təklifini normal qarşıladım. Hazırda isə anlayıram ki, Şücayət çölün düzündə olan sahəyə məni aparıb qətlə yetirmək istəyib. Lakin biz həmin yerə gedib baxa bilmədik. Bu hadisədən bir neçə gündən sonra biz Şamaxıya gedəndə polis əməkdaşlarının Şücayəti tutduqlarını bildik. Bundan sonra Bakıya qayıtdıq. Sonradan Şücayət Əkbərovun məni, bacım oğlu Dəyanət Cəfərovu bir neçə dəfə qətlə yetirmək istədiyi məlum oldu”.
Arif Alışanov bildirib ki, Şücayət Əkbərovun Şamaxı rayonu Mədrəsə qəsəbəsindəki evində olarkən heç kəsin əlində odlu silah görməyib, evdə olan şəxsləri Şücayət onlara usta kimi təqdim edib: “Lakin onlar ustaya oxşamırdılar”.
Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə cinayət işinin məhkəməyə verilməsi ilə bağlı məsələyə baxılıb. Məhkəmə Kollegiyasının qərarına əsasən iş məhkəmə baxışına verilib.
Məhkəmə baxışı martın 7-nə təyin edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.


Şərhlər
Əlbəttə, Arif Əlişənov özü ÖZÜNÜ vəzifəyə təyin etməyib ki?! O, iş sahəsinə uyğun, mötəbər Rabitə Nazirliyi də deyil, daha yüksək mərtəbədən təyin edilib. Pullu, sahibkar və bicnesmeni dövlət vəzifəsinə təyin etmənin də özƏL marağı və gözləntiləri istisna deyil. Bu belə deyilsə, oxşar AzTV-nin büdcəsi digərindən az faərqlənərdi. Məhkəmə-istintaq dövründə vəzifədən azad edilməliydi. Axı, nəyə görə, bu insanı maraqlı olduğu sahibkarlıq imkanından DÖVLƏT VƏZİFƏSİnə çəkib ...
bu arifden ozu ozun yandirir sen 6 milyonu o lut qohumlarinin adina yazir ayibti bunun ozu boyuk .....bu hardan hara ve nece qelmeyin unudub
Alşanov nə vaxt çölün düündə olub ki? Niyə ondan soruşan yoxdur ki, sənin ixtisasın.vəzifən,təcrübən torpaqla nə zamandan uzlaşıb? Şamaxı hara,sən hara? Göstərdiyin məbləğlər haradan və hansı yolla əldə olunub? AXı sənin və qohumlarının maaşı bu məbləği bitirmir!Ölədə bunu sorgu edən niyə tapılmır?
Yəqin ki,o pullar büccənindir qohumların adına yuyulur.OQRUDAN-OQRUYA HALALDIR.
Senin puluvu yemey olar?sen camahata torba tikirsen.goresen ne iwivi bilib Hemen Wucayet ki sen de onu heps eletdirmisen .Bele memurlara bele camahata ezab veren memurlara son qoyulmalidir.Prezdent cezasin vermeelidi mutleq Inwallah .verer. ele De sayirki 500 000 min 5 mln .Camahat pensiya ni qozduyur bu 5 mln daniwir.
Öğrudan oğruya halaldır
Arif Alışanovun dediklerini anladım,bes o Şücayetin günahı ne olub,öldürmek isteyen adama oxşamır,istintaq doğru aparılmıyıb
t.edaletle tamamile raziyam.Alishanovun ozune cinayet ishi acmaq lazimdir:hardandir onda o qeder pul ki ,indi de ag yalan danishir,pullari qohumlarinin adina yazir.Butun respublika bilir ki o pullari Alishanov aztv-den ogurlayib.
Yazının mətni ilə tanışlıq Arif Alışanovun nəsə etdiyini göstərir.Birincisi, dövlət məmurunun bizneslə məşğul olması yasaqdır.İkincisi, qohum-əqrəbasının o qədər pulu hardadır ki,gedib Şamaxıda torpaq alsın və təsərrüfat yaratsın?Alışanov özünü sığortalamaq üçün qohum-əqrəbasının adından istifadə edir. Güclü pulbazlığı ilə tanınan Alışanov təsadüfi tanışı Sucayətlə bu qədər böyük məbləğdə "alverə" qoşulmaz.Burda cinayət işinə Alışanovun malik olduğu böyük pul məbləğindən başlamaq lazımdır..