Menu

«Putinin silahlanma barədə bəyanatları Almaniyanı narahat edir» 

02.03.2018, 21:07
«Putinin silahlanma barədə bəyanatları Almaniyanı narahat edir» 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikası (AFR) Nazirlər Kabinetinin (NK) rəsmi nümayəndəsi Şteffen Zaybert cümə günü keçirilən brifinqdə bildirib ki, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinin yeni silah növlərinin yaradılması barədə bəyanatı Almaniyanı narahat edir.

Zaybert qeyd edib ki, Berlində ümid edirlər ki, Rusiya dialoq üçün imkanlardan istifadə edəcək.

«Rusiya Prezidenti Vladimir Putinin prezident seçkilərinə 2 həftə qalmış ən yeni silah növlərinin yaradılması barədə bəyanatı bizi narahat edir» - deyə, brifinqdə nazirlər kabinetinin nümayəndəsi bildirib. Qeyd edib ki, bu, Rusiyanın ordunu modernləşdirməsi (o cümlədən, atom silahlarının), beynəlxaq sazişlərə və razılaşmalara əməl edəcəyinə şübhələrin yarandığı fonunda həyacan doğurur.

«Rusiyanın bütövlükdə, təhlükəsizlik siyasəti sahəsində fəaliyyəti bizi narahat edir. Qonşu ölkələrə yönəlik təhdidlər, o cümlədən, hərbi təhdidlər və silahlar üzərində nəzarət barədə sazişlərin şüurlu surətdə pozulması davam edir. Biz, Rusiyanın Suriyada döyüş sistemlərindən istifadəsinə xüsusi narahatlıqla yanaşırıq» - deyə, Almaniya rəsmisi bildirib.

«İddia edirlər ki, biz, Rusiyanı dinləmirik, amma belə deyil. Biz, Rusiya ilə dialoqu davam etdiririk, o cümlədən, Ukrayna və ya Suriya probləmləri kimi mürəkkəb mövzularda» - Zibert əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol