Menu

Bakıda 15 marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələri dəyişdirilib

03.03.2018, 14:41
Bakıda 15 marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələri dəyişdirilib

Bakı Beynəlxalq Avtovağzal Kompleksində aparılan təmir-tikinti işləri ilə əlaqədar müvəqqəti olaraq 2, 13, 14, 20, 29, 37, 67, 83, 91, 96, 117, 130, 134, 142, 158 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri dəyişdirilib.

“AzPolitika” Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, sərnişindaşımada fasiləsizliyin pozulmaması məqsədilə edilən dəyişiklik sabahdan tətbiq ediləcək.

Dəyişikliyə əsasən qeyd edilən müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri “Avtovağzal” metrostansiyasının qarşısına keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol