Menu

Telman İsmayılov pul axtarır?

10.07.2014, 17:03
Telman İsmayılov pul axtarır?

Bu günlərdə mediadakı xəbərlərdən bəlli olduğu kimi, yunan Kipr məhkəməsi “Manqazeya” qrupunun iddiasına əsasən, məşhur yəhudi soylu azərbaycanlı milyarder Telman İsmayılovun 135 milyon dollarlıq aktivlərini dondurub.

İddiaya əsasən, T.İsmayılov daşınmaz əmlakla bağlı yeni layihələr üçün “Manqazeya”dan borc pul götürüb, lakin bu günədək borcunu ödəməyib. Borcun son müddəti ötən ilin payızında bitib.

Rusiyanın “Vesti” kanalının maliyyə xəbərləri (vestifinance.ru) bölməsində verilən məlumata görə, hazırda dünya şöhrətli milyarder köhnə borclarını ödəmək üçün vəsait axtarır. Son məlumatlara görə, 2008-cu ildə Moskvada sahibi olduğu məşhur “Çerkizov” bazarının bağlanmasından sonra durumu ağırlaşan Telman İsmayılov Rusiya paytaxtındakı “Tropikano” biznes mərkəzini, “Praqa” restoranını, hətta Türkiyədəki məşhur “Mardan Palas” otelini də satmaq məcburiyyətində qala bilər. /hafta.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol