Menu

Türkiyə, İran və Rusiya prezidentlərinin görüş tarixi açıqlanıb

05.03.2018, 11:53
Türkiyə, İran və Rusiya prezidentlərinin görüş tarixi açıqlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani aprelin əvvəlində İstanbulda görüşəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Görüşdə bölgədəki və Suriyadakı vəziyyətin müzakirə olunacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol