Menu

Avtomobil yığılması üçün zavod tikiləcək

05.03.2018, 14:55
Avtomobil yığılması üçün zavod tikiləcək

Hacıqabul sənaye zonasında avtomobil zavodu tikiləcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan İnvestisiya şirkətinin icraçı direktoru Rövşən Nəcəf bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə xarici investorlarla artıq danışıqlar aparılır.

İcraçı direktor bildirib ki, zavodda yüngül, eləcə də, yük avtomobillərinin yığılması planlaşdırılır.

Qeyd edək ki, bu ilin ilk rübündə Neftçala sənaye zonasında avtomobil zavodu açılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol