Menu

Ölkəyə idxal olunan 6342 dərman vasitəsində uyğunsuzluqlar aşkarlanıb

05.03.2018, 19:25
Ölkəyə idxal olunan 6342 dərman vasitəsində uyğunsuzluqlar aşkarlanıb

Tarif Şurası tərəfindən 11 minə yaxın dərman vasitəsinin qiyməti tənzimlənib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci il üzrə illik hesabatında əks olunub.

Məlum olub ki, il ərzində 852 dərman vasitəsi dövlət qeydiyyatına alınıb, 846 dərman vasitəsi yenidən qeydiyyat proseduruna qəbul edilib.

Keyfiyyətsiz, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə aparılan müayinələr nəticəsində hesabat ili ərzində idxalı üçün müraciət olunmuş 28 411 seriya dərman vasitəsindən 6342-də müəyyən uyğunsuzluqlar aşkar olunub.

Şərhlər

t.ədalət 2018-03-05 19:25:04

Uyğunsuzluq var,amma cəza yoxdur.Artıq şəkərli diabet xəstələri üçün verilən insulinlər qanda şəkərin səviyyəsini endirmir.Diabetik dərman vasitələri hələ də yenilənmir.Köhnə dərmanlar xəstələrin müalicəsinə yaramır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol