Menu

"Traktor Sazi" ÇL-də ilk xalını qazandı

05.03.2018, 23:24

traktorAsiya Çempionlar Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib.

Qol.az-ın xəbərinə görə, A qrupunda mübarizə aparan Cənubi Azərbaycanın “Traktor Sazi” klubu səfərdə "Al Cazira" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb. Bu, Təbriz klubunun ÇL-dəki ilk xalı olub.

Qeyd edək ki, Ərtoğrul Sağlamın komandası hazırda A qrupunda 1 xalla sonuncu pillədə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol