Prezident Donald Tramp bu ilin mayında Qüdsdə (Yerusəlim) ABŞ səfirliyinin açılış mərasimində iştirak edə bilər.
APA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ lideri İsrailin baş naziri Benyamin Netanyahu ilə görüş zamanı bildirib.
“Ola bilər. İmkan daxilində çalışacam”, - deyə jurnalistlərin suallarını cavablandıran D.Tramp bildirib.
Qeyd edək ki, 2017-ci il dekabrın 6-da prezident Donald Tramp Qüdsün Vaşinqton tərəfindən İsrailin paytaxtı kimi tanındığını və ABŞ-ın Tel-Əvivdəki səfirliyinin ora köçürüləcəyini bəyan edib.


Şərhlər