Menu

«Myanmada etnik təmizləmə davam edir» - BMT

06.03.2018, 11:00
«Myanmada etnik təmizləmə davam edir»  - BMT

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Birmanın (Myanma) Rakhayn ştatına humanitar girişin təmin edilməsi barədə çağırışlarına baxmayaraq, bu ölkədə etnik təmizləmə və rohincə xalqının öz evlərindən qovulması prosesi davam etməkdədir. Bu barədə, BMT Baş katibinin insan haqları üzrə köməkçisi Endryu Gilmor bəyan edib («Frans-Press»).

«Myanmada rohincə xalqının etnik təmizlənməsi prosesi davam edir» - deyə, Gilmor bildirib. BMT rəsmisinin bildirdiyinə örə, bu xalqın sıxışdırılması «aclıq və terror kampaniyası» ilə müşayiət olunur ki, onlar öz evlərini tərk etsinlər.

Bu ilin fevralında BMT Baş katibi Antoniu Quterriş Myanmada rohincə xalqının öz evlərindən qovulması prosesini etnik təmizləmə adlandırıb. O, Myanma hökumətini Rakhayn ştatına maneəsiz girişi təmin etməyə, beynəlxalq birliyi isə Banqladeşə qaçmış rohincələrə dəstək verməyə çağırıb.

Baş katib qeyd edib ki, rohincə qaçqınlarının doğma yerlərə qayıtması «könüllü, təhlükəsiz, layiqli və dayanıqlı» olmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol