Azərbaycanda 300-ə qədər fəaliyyətsiz xəstəxana ləğv olunub.
Modern.az saytının məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib.
“Azərbaycan səhiyyəsi son 14 ildə böyük inkişaf yolu keçib. İlk növbədə bu sahədə struktur dəyişiklikləri aparılıb, dövlətdən vəsait ayrılsa da, işləməyən 300-ə qədər fəaliyyətsiz xəstəxana ləğv olunub, çarpayı fondu 50 faiz azaldılıb”,-deyə O.Şirəliyev qeyd edib.
Nazirin bildirdiyinə görə, dövlət başçısının tapşırığına uyğun olaraq, regionlarda müasir avadanlıqlarla təchiz edilmiş diaqnostika mərkəzləri tikilib, yeni səhiyyə müəssisələri inşa olunub və ya əsaslı təmir edilib.
“Qarşıya qoyulan tələblərə uyğun olaraq, hazırda bütün rayonlarda əhali yüksək səviyyəli səhiyyə xidmətindən yararlana bilir. İndiyədək 642 yeni tikilmiş və ya əsaslı təmir olunmuş səhiyyə müəssisəsi istifadəyə verilib. Ölkə başçısının geniş tərkibli müşavirədə qeyd etdiyi kimi, bu il Qubada, Şəmkirdə, Goranboyda, Qazaxda, Naftalanda və Qobustanda, gələn il isə Füzuli və Qəbələdə belə müəssisələrin açılışı olacaq. Bu müəssisələr də istifadəyə veriləndən sonra ölkənin, demək olar ki, bütün regionlarında müasir səhiyyə müəssisələri əhaliyə xidmət göstərəcək”.


Şərhlər
Səhiyyənin belə "inkişafı" nəticəsində hörmətli nazir Şirəliyev və onun kimi pullu məmurlar Azərbaycanda bir normal xəstəxana tapa bilməyərək xarici ölkələrə müalicəyə gedirlər. Afərin belə "inkişafa"!
Əhali isə pulsuzluq üzündən ( çünki dövlət xəstəxanalarında rüşvət, (dərmanlar isə xəstələrə aldırılır) və səhlənkarlıq üzündən ölkədə ölümlər artıq həddə çatıb.
Cənab Nazir reklam edilən preparat və bahalı avadanlıqlar (vaxtilə B.Yeltsinin bütün güclərlə qarşısını ala bilmədiyi İran spirti kimi) seçimsiz bütün hədləri dəlib keçib. Bu gün xəstəxanaların sayı neçədir? 10-15 il öncə dövlət Səhiyyə xidmətini yenidən öz hesabına götürdü? Keçən ildən isə bu xidmət əhalinin sığorta zəmanətinə ötürülür. Müdhiş ikitərəfli islahatları Cənab Ə.Əsədov, Cənab Amirov və nəhayət Cənab Nazir necə izah edirlər?
Buzovna qəsəbəsindəki 14 saylı xəstəxananın darvazası qarşısında yaranmış biabırçılığa son qoyulmalıdır! Bu xəstəxanaya bitişik ərazidə yerləşən yataqxananın həyəti satıldığı üçün, orada yaşayan şəxslər maşınlarını darvazanın qarşısında saxlayırlar, xəstəxanaya xəstə yanına gələn şəxslərə maşın saxlamağa imkan vermirlər, Bu problemi həll etmək üçün, yataqxananın Ruhulla Axundov küçəsinə qapısı açılmalı, mövcud qapı bağlanmalı və maşınlar yeni açılmış qapının yanında saxlanılmalıdır.
Nazir düz deyir.Son illərdə rüşvət və pullu xidmətin bahalığı üzrə xeyli inkişaf mövcuddur.İNsanlar bu xərcləri və rüşvəti ödəyə bilmədiklərindən ( dərmanların bahalığını, xəstəxanaların dərmanla təchiz edilməməsini, xəstələrdən müalicə üçün dərman alıb gətirmələrinin tələb edildiyini də nəzərə alsaq ) ölkədə dövlət xəstəxanalara, poliklinikalara müraciətlər azalıb.Bununla bərabər doğru statistikaya baxılsa belə münasibət nəticəsində 1980-1990 cı illərlə müqayisədə ölümlərin sayının artdığının ortaya çıx