Menu

«Çinin hərbi xərclərinin artması Yaponiyanı narahat edir» - Müdafiə naziri

06.03.2018, 20:07

kitay01«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, çərşənbə axşamı Tokioda keçirilən mətbuat konfransında Yaponiyanın müdafiə naziri İpunori Onodera bəyan edib ki, ölkəsi Çin Xalq Respublikasının (ÇXR) müdafiə xərclərinin artmasından qayğılanır. Tokionun fikrincə, qonşu ölkənin hərbi xərcləri şəffaf formada artmır.

«Çinin hərbi xərclərinin böyük həcmlərdə artmasının arxasında silahlı qüvvələrin potensialının genişmiqyaslı və böyük sürətlə artması və okeana fəal şəkildə nüfuz etməsi dayanır. Bütün bunlar qeyri-şəffaflıqla müşayiət olunur və beynəlxalq aləmdə, o cümlədən, Yaponiya da daxil olmaqla, bizim bölgədə güclü narahatlıq doğurur» - deyə, Yaponiyalı nazir qeyd edib.

«Belə bir fikir də var ki, rəsmi elan olunmuş müdafiə xərcləri Çinin hərbi büdcəsinin bir hissəsindən çox deyil. Biz, gələcəkdə də maraqlı tərəflərlə əməkdaşlıq sahəsində Çinə təsir göstərəcəyik və ondan şəffaflığın artırılmasını, beynəlxalq davranış qaydalarına əməl etməsini istəyəcəyik» - nazir əlavə edib.

Məlumat üçün birldirək ki, bazar ertəsi ÇXR Dövlət Şurasının Baş naziri Li Kenyan Ümumçin xalq deputatları məclisinin sessiyasında xəbər verib ki, Pekin ötən illə müqayisədə, cari ildə müdafiə sahəsinin maliyyələşdirilməsini 8,1 faiz artıracaq. Artım 1,1 trilyon yuan (175 milyard dollar) təşkil edəcək. Bu göstərici üzrə Çin dünyada ABŞ-dan sonra ikinci yerdə dayanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol