Menu

“Gəncə-Şərab-1” ASC-nin əmlakı hərraca çıxarılıb - Vergi borcuna görə

07.03.2018, 10:20
“Gəncə-Şərab-1” ASC-nin əmlakı hərraca çıxarılıb - Vergi borcuna görə

Vergilər Nazirliyi “Gəncə-Şərab-1” ASCyə məxsus 21 ədəd palıd budu vergi borcuna görə hərraca çıxarıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, əmlakların ümumi dəyəri 2 590,5 manatdır.

Hərracda iştirak etmək üçün 259 manat beh ödənilməlidir. Əmlaklar Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 56 ünvanında yerləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol