Menu

ABŞ ölümcül yaralı əsgərlər üçün «vaksin» hazırlayır - Ölmək olmaz!

07.03.2018, 12:07
ABŞ ölümcül yaralı əsgərlər üçün «vaksin» hazırlayır  - Ölmək olmaz!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyinin (MN) perspektiv tədqiqat layihələri İdarəsi səhra tibb işçiləri üçün yeni unikal tərkibli «vaksin» yaratmaq üzərində işlər aparır. Preparatın köməyi ilə döyüş meydanında ölüm hallarının sayının minimuma endirilməsi nəzərdə tutulur.

«Biostatis» adlı proqram yaralı əsgərin venasına yeridiləcək xüsusi yüksək fəallığa malik mayenin yaradılmasına yönəldilib. Belə tərkibli maye yaralı əsgərin orqanizmində biokimyəvi reaksiyaları yavaşıdacaq - bu tədbir nəinki ciddi qanaxmaları dayandıracaq, eyni zamanda sürətli qanaxma zamanı yaralının orqanizminə fizioloji mayelərin yeridilməsini asanlaşdıracaq.

Yeni preparatın kimyəvi tərkibi hüceyrə terapiyası üzrə əldə olunmuş qabaqcıl nailiyyətlərə əsaslanacaq.

Mütəxəssislərin fikrincə bu, döyüş meydanında əsgərin həyatının xilas edilməsi tədbirlərinin sürətləndirilməsinə imkan yaradacaq və hospitalda bərpa terapiyasını asanlaşdıracaq.

Başqa sözlə, yeni yaradılacaq maye kömək gələnə qədər yaralı əsgəri ölməyə qoymayacaq...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol