“Azərbaycanda bəzi yanacaq-doldurma məntəqələrində benzinin tərkibinə nələrsə qatılır, amma bu işlərlə SOCAR, “Azpetrol” kimi iri şirkətlər məşğul olmurlar”.
Bunu “Report” açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi quruma şikayətlər kiçik şirkətlərdən daxil olur: “Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı iri şirkətlərdən şikayət yoxdur”.
R.Həsənov ölkəyə idxal olunan benzinin keyfiyyətinin aşağı olması ilə bağlı fikirlərə də münasibət bildirib: “Ola bilməz ki, idxal benzininin keyfiyyəti aşağı olsun. Əskinə keyfiyyət yüksək olduğu (Avro-4 standartına uyğun olduğu) üçün bəzən köhnə avtomobillər onu edə bilmirlər. Onların mühərriklərində problem ola bilər".


Şərhlər
Kim,hansı orqan buna nəzarət etməlidir? Nəzarət olmadığından
heç bir yanacaq doldurma məntəqəsində benzinin keyfiyyəti və düzgün həcmdə verilməsi olduqca böyük sual altındadır.Dərə xəlbət,tülkü bəydir.Nə miqdara,nə keyfityyətə nəzarət var.
Nece yeni benzinin terkibine nelerse qatilir?! Beyem bunu mueyyen etmek bu qeder cetindir?! Bir komitenin sedri ki, benzinin terkibine qatiwdirilan "neler"seni mueyyen elde bilmirse onda bu vezifeni niye "zanet" edir??? Bu sozu siravi vetendaw deye biler ki, benzine nelerse qatiwdirilir. Sizin borcunuz ise bu neleri mueyyen etmekdir. Sadece mesele ondadir ki, siz "nelerese" gore benzinin terkibine qariwdirilanlari gormek ve bilmek istemirsiniz, zennimce bele daha duz olar!
Ramiz müəllimdə bu əminlik haradandır ki, keyfiyyətsiz benzin idxal oluna bilməz. Bəs keyfiyyətsiz dərman necə idxal olunur? Hansı vacibdir: dərman yoxsa benzin? Birincisi insanların, millətin genofonduna birbaşa zərbədir ikincisi isə dolayı.
İndi ayılmısan